Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK-nın virtual ödəmə kartlarını SMS-lə də əldə etmək olar
06.02.12 19:26

Abituriyentlər və bakalavrlar elektron ərizə vermək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) virtual ödəmə kartlarını SMS-lə də əldə edə bilərlər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Elektron ərizə vermək üçün TQDK-nın virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən abituriyentlər və bakalavrlar Azercell nömrələrindən 7725 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna iş nömrəsi və şifr göstərilən virtual ödəmə kartı daxil olacaq. Yaxın zamanlarda digər mobil operatorların da abonentləri belə xidmətdən istifadə edə biləcəklər.
URL / WWW
http://kelam.az/article/a-5764.html