Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq
06.02.12 19:26

Müəllimlərin müsabiqədənkənar işə qəbuluna yol verən yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisəsi rəhbərləri barəsində ən ciddi intizam tənbehi tədbirləri tətbiq ediləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumat təhsil nazirinin müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri barədə imzaladığı əmrində qeyd edilib. Müəllimlərin işə qəbulunun elektron proqram təminatı təkmilləşdiriləcək. Belə ki, ali və orta ixtisas təhsili müəssisələrini müsabiqə keçirilən ildə bitirənlərin təhsil sənədləri haqqında məlumat bazasının proqram təminatına daxil ediləcək. Müsabiqədə iştirak üçün elektron ərizədəki "şəxsiyyət vəsiqəsinin nömrəsi" Daxili İşlər Nazirliyinin məlumat bazasına qoşulacaq. Proqram təminatına daha iki modul "Müsabiqədən sonra vakant qalan yerlərə təkrar elektron ərizə qəbulu modulu" və "Vakant qalan yerlərə əlavə yerləşdirmə modulu" əlavə ediləcək. Müəllimlərin işə qəbulunda yeni mexanizmlərin tətbiqi məqsədilə "Respublikanın ümumi təhsil, ilk peşə-ixtisas təhsili və orta ixtisas müəssisələrinə müəllimlərin vakant yerlərə işə qəbulu Qaydaları" işlənib hazırlanaraq qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə təqdim ediləcək. Əmrə əsasən, vaxtilə mövcud təlimat sənədlərinin tələblərinə zidd olaraq özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilən pedaqoji kadrların müvafiq sənədləri bir daha araşdırılacaq, bu günədək təhsil sənədi olmayanlarla əmək müqaviləsi ləğv ediləcək. Ötən illər ərzində təhsil sənədi alan bu kateqoriyadan olan pedaqoji işçilərin diplomları araşdırılacaq. Müxtəlif kursların vəsiqələri ilə işləyən şəxslərlə bağlanan əmək müqavilələri ləğv ediləcək.
URL / WWW
http://kelam.az/article/a-5763.html