Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
07.02.12 02:26

Təhsil Nazirliyi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Almaniyanın ali məktəblərində təhsil almaq məqsədilə müsabiqə elan edib. Müsabiqə Təhsil Nazirliyi ilə Alman Akademik Mübadilə Xidməti (DAAD) arasında imzalanan Sazişə uyğun olaraq həyata keçirilir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər. Təhsil üçün seçilən ixtisaslar informasiya texnologiyaları, mühəndislik, neft sənayesi, tibb, riyaziyyat, fizika, biologiya, kimya, ekologiya, kənd təsərrüfatı, turizm, mühasibat uçotundan ibarətdir. Bakalavr səviyyəsində təhsil almaq üçün Azərbaycanın müvafiq universitetlərinin ikinci və ya üçüncü kurslarında təhsil alan və bakalavr səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində I qrupa daxil olan ixtisaslar üzrə ən azı 550 bal, digər ixtisas qrupları üzrə isə ən azı 600 bal toplayan Azərbaycan Respublikası vətəndaşları müsabiqədə iştirak edə bilər. Magistratura səviyyəsində təhsil almaq üçün 2011/2012-ci tədris ilində I qrup ixtisasları üzrə orta balı 4.0-dan aşağı olmayaraq IV kursda təhsil alan və magistratura səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində ən azı 112 bal (və ya bunun ekvivalenti) toplamış namizədlər, 2011/2012-ci tədris ilində digər ixtisas qrupları üzrə orta balı 4.0-dan aşağı olmayaraq IV kursda təhsil alan və magistratura səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində ən azı 120 bal (və ya bunun ekvivalenti) toplamış namizədlər müraciət edə bilərlər. Diplomdan sonrakı tibb proqramlarında təhsil almaq üçün təhsil müddəti ərzində orta qiyməti ən azı 4.0 olan tibb universitetinin sonuncu kurs tələbələri və ya məzunları müsabiqədə iştirak edə bilər. Müsabiqə üçün ətraflı maraqlananlar hər gün (şənbə, bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.30-dək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Əlaqə telefonları: 496-91-13, 496-33-11; 496-34-00 Təhsil Nazirliyinin əməkdaşları: Sevinc İsmayılova (daxili nömrə - 179) Namiq Ramazanov (daxili nömrə - 260) Müjdat Həsənov (daxili nömrə - 164) müraciət edə bilərlər. Sənədlərin təqdim edilməsi üçün son müddət - 17 fevral 2012-ci il saat 17.30-dəkdir.
URL / WWW
http://kelam.az/article/a-5762.html