Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
06.02.12 23:26

“Tehranın yersiz iddialarının heç bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycan İranın heç bir daxili işlərinə qarışmır. Hər şey göz qabağındadır”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında politoloq Vəfa Quluzadə bildirib. Politoloq qeyd edir ki, Azərbaycan İranla münasibətdə dinc qonşuluq siyasəti həyata keçirir, çünki Bakının xarici siyasətdə konsepsiyası bundan ibarətdir. “Buna baxmayaraq əksinə, İran Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstərir və nəticədə özü üçün də müsbət heç nə baş vermir”-deyə V.Quluzadə vurğulayıb. Ekspert deyir ki, İran hazırda şiddətli təzyiqlər altındadır. “Bu gün həm maliyyə embarqosu, həm neft embarqosu İranda daxili vəziyyəti gərginləşdirir. Təbii ki, bütün bunlar İran cəmiyyətini laxlatmağa aparır”-deyə o bildirib. Politoloq onu da diqqətə çatdırır ki, ABŞ-da seçkilər yekunlaşana qədər İranda hər hansı hərbi əməliyyatın başlanacağı inandırıcı deyil. “İndiki halda da Qərbin təzyiqi təklikdə İran hökumətinə ciddi təsir edə bilməz. Heç bir embarqo ölkəni tamamilə yıxıb sürüyə bilməz, ölkədə dəyişiklik apara bilməz. Hər hansı ölkədə dəyişiklik ya daxildən, ya da daxillə xaricin birliyindən əmələ gəlir. İranda da gec-tez bu baş verəcək. Bunu anlayan Tehran sanki hər şeyin heyifini qonşulardan çıxmağa çalışır”-deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5761.html