Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
07.02.12 02:26

“Son iki gündə iğtişaşların daha da gücləndiyi Suriyada çoxsaylı ölənlər arasında azərbaycanlı qeydə alınmayıb”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib. O qeyd edib ki, hazırda Suriyada ölkə üzrə 40-dan çox azərbaycanlı oradakı səfirliyimizdə qeydiyyatdan keçib. “Hazırda ölkədəki vəziyyətlə əlaqədar olaraq vətəndaşlarımızla səfirlikdə görüşlər keçirilir, onlarla mütəmadi əlaqə saxlanılır. Onlara ölkənin ən təhlükəli yerləri barədə məlumat verilir, təhlükəsizlik qaydaları aşılanır və sair” - deyə E.Abdullayev vurğulayıb. Artıq ötən ilin yayından XİN-in azərbaycanlılara Suriyaya getməməyi xəbərdar etməsini xatırladan nazirliyin sözçüsü bildirib ki, hələ ki oradakı azərbaycanlıların çıxarılması nəzərdə tutulmayıb. “Lakin vəziyyət belə davam edərsə, bu məsələyə baxmaq məcburiyyətində qalacağıq” - deyə o, əlavə edib. Qeyd edək ki, Suriyada iğtişaşlar son iki gündə daha da güclənib. Ötən gün ərzində təkcə Homs şəhərində 300-ə yaxın adam ordu qüvvələrinin artilleriya atəşi nəticəsində həlak olub.
URL / WWW
http://kelam.az/article/a-5760.html