Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
06.02.12 19:26

“Əgər 1915-ci ildə ermənilərin Anadoludan deportasiyasının tarixi və elmi cəhətdən “soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Türkiyənin dövlət naziri Egemen Bağış “Al Jazeera” kanalına müsahibəsində deyib. Onun sözlərinə görə, bu hadisələrin soyqırımı olub-olmamasını sübut etmək üçün ilk növbədə onları obyektiv olaraq tədqiq etmək lazımdır. E.Bağış bildirib ki, erməni hakimiyyəti öz arxivlərini açmaqdan imtina edirsə, deməli, öz tarixləri ilə üzləşmək üçün kifayət qədər cəsur deyillər. O, Türkiyə tərəfinin Ermənistana hər iki tərəfin arxiv sənədləri açaraq, tarixçilərdən ibarət birgə komissiya yaratmaq barədə təklifinə ermənilərin rədd cavabı verdiyini xatırladıb: “Təəssüf ki, erməni hakimiyyətinin bu təklifi qəbul etməyə cəsarəti çatmır”.
URL / WWW
http://kelam.az/article/a-5758.html