Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Sarkozi partiyasının deputatlarına və nazirlərə təzyiq edir
06.02.12 14:08

Fransa prezidenti Nikola Sarkozi inkar qanununun ləğv olunması üçün Konstitusiya Məhkəməsinə müraciət edən deputatlarla senatorlara təzyiq edir. Daha əvvəl qanuna müsbət yanaşmadığını açıqlayaq xarici işlər naziri Alen Jüpe bu məsələdə Sarkozi ilə aralarında ziddiyyət olub-olmadığına dair sualın cavabında “bu qanunla bağlı ağzımı bağlamağa qərar verdim” deyib. Xarici işlər naziri susmağı seçdiyini bildirib. “KƏLAMİNFO” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fransada siyasi qalmaqalları ortaya çıxaran “Canard Enchaine” qəzeti isə Sarkozinin qanunla bağlı Konstitusiya Məhkəməsinə gedə biləcəyini deyən Milli Assambleyanın rəhbəri Bernard Ekkoyeyə təzyiq edərək bu fikirdən daşındırdığını yazıb. "Türk dostu" kimi tanınan Senatın keçmiş sədri Jerar Larşenin son anda Konstitusiya Məhkəməsinə müraciəti imzalamamasının səbəbi də məlum olub. Sarkozinin Larşeyə xüsusi vəzifə verəcəyi bildirilib. Prezident bundan əvvəl də Nazirlər Kabinetinin iclasında mübahisəli qanuna dəstək verməyən nazirləri danlayıb.
URL / WWW
http://kelam.az/article/a-5755.html