Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Zahid Oruc: “Şimali Azərbaycan adının rəsmiləşməsinin siyasi riskləri çoxdur”
06.02.12 14:08

“Azərbaycan Respublikasının adının dəyişdirilərək Şimali Azərbaycan adı verilməsi məsələsi üzərində ciddi düşünülməli və xalqın iradəsi öyrənildikdən sonra bu istiqamətdə konkret addımlar atmaq lazımdır. Çünki bu, siyasi mahiyyətinə görə Azərbaycan üçün uğurlu addım olması ilə yanaşı, kifayət qədər ciddi addımdır”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.O qeyd edib ki, Azərbaycanın tarixi varislik baxımından atdığı addımlar dəqiq ölçülüb biçilməlidir ki, özünü doğrulda bilsin. “Eyni zamanda gözləniləndir ki, Şimali Azərbaycan adının rəsmiləşməsi avtomatik olaraq İran tərəfindən ciddi təpki ilə qarşılanacaq. Cənubi Azərbaycana iddia etmək, oradakı milli azadlıq hərəkatına təkan vermək və sair anlamda İran ciddi narahat olmağa başlayacaq. Bundan başqa torpaqlarımızın digər hissəsinə tarixən hakim olan dövlətlər də buna ciddi reaksiya verəcək ki, bütün bunlar gözlənilən təhlükə sayıla bilər. Həmçinin buna etiraz edən bəzi tarixçilərin mövqeyi ilə də razılaşmaq olmaz. Çünki bu ideyanı təklif edən millət vəkillərinin beynəlxalq situasiyadan gətirdikləri nümunələr Azərbaycan üçün də yerinə düşür, eyni vəziyyəti ifadə edir. Yəni Azərbaycan xalqı bölünmüş millətlər sırasındadır, bu, inkar olunmaz tarixi, siyasi faktdır. Ona görə də başlıca olaraq Azərbaycanın tarixi varislik mövqeyindən çıxış edərək bu addımı siyasi motivdə necə tamamlamasını analiz etmək lazımdır, reallaşması üçün zamanı seçmək lazımdır” - deyə Z.Oruc vurğulayıb. Millət vəkili deyir ki, əvvəl məsələ geniş ictimai müzakirədən keçirilməli, bununla bağlı edilən bütün təkliflər ciddi analiz olunmalıdır. “Çünki bunun tarixi əhəmiyyəti ilə yanaşı, siyasi riskləri də çoxdur, bu riskləri dəf eləməliyik” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5753.html