Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Vilnüsdə Milli İcmalar Evində xarici işlər naziri ilə görüş olub
04.02.12 14:08

Fevralın 2-də Vilnüsdə Milli İcmalar Evində Litva Respublikasının xarici işlər naziri Audryonis Ajubalisin iştirakı ilə ölkənin milli azlıq təşkilatlarının nümayəndələri ilə görüş olub və Dəyirmi masa keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Diasporla İş üzrə Dövlət Komitəsindən veriblər. Dəyirmi masada Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Milli İcmalar Şurasının rəhbəri Mahir Həmzəyev ev sahibi olaraq tədbirin aparıcısı qismində iştirak edib. 2013-cü ildə Litva Respublikasının Avropa Birliyinə sədrlik etmək məsələsi ilə bağlı keçirilmiş bu tədbir ölkənin milli azlıq təşkilatları ilə məşvərət xarakteri daşıyıb. Nazir ofisi burada yerləşən Litva Azərbaycanlıları Cəmiyyətinin fəaliyyəti ilə də yaxından maraqlanıb. A.Ajubalisə Cəmiyyətin fəaliyyəti barədə ətraflı məlumat verilib. Nazir Cəmiyyətin sədri Mahir Həmzəyevə Litva dövlətinin etnik siyasətinin həyata keçirilməsi sahəsində verdiyi mühüm töhfələrə görə, o cümlədən Litva-Azərbaycan ictimai-mədəni əlaqələrin inkişaf etdirilməsində göstərdiyi uğurlu fəaliyyət üçün təşəkkür edib və ona nazirliyin xüsusi hədiyyəsini təqdim edib. Litva KİV-ləri, həmçinin Litva Respublikası XİN rəsmi saytı tədbir barədə informasiya materialları yayımlayıblar.
URL / WWW
http://kelam.az/article/a-5752.html