Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Fövqəladə Hallar Nazirliyi avtomobillərə və piyadalara köməklik göstərib
06.02.12 14:07

Son günlər respublika ərazisində, o cümlədən paytaxtda havanın soyuması və qar yağması ilə əlaqədar yollarda hərəkət çətinləşib. Fövqəladə Hallar Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, yollarda çətinliklərlə üzləşmiş avtomobillərin və piyadaların hərəkətinin davam etdirilməsi üçün nazirliyin müvafiq qüvvə və texnikası bəzi ərazilərə cəlb edilib. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Bakı şəhərinin Binə, Hövsan, Zirə, Zığ, Müşfiq, Dübəndi, Pirallahı və Abşeron rayonunun Qobu qəsəbələri istiqamətində, habelə Zığ-Hava limanı, Koroğlu metro stansiyası-Hava limanı, Bakı-Sumqayıt və Bakı-Şamaxı magistral yollarının bəzi hissələrində çətin şəraitlə üzləşmiş sürücü və piyadalara lazımi köməklik göstərib, yolda qalmış avtomobillərin hərəkətinin bərpa edilməsi üçün zəruri tədbirlər görüblər.
URL / WWW
http://kelam.az/article/a-5751.html