Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
01.02.12 20:10

Bu gündən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012/2013-cü illərdə imtahanlarda iştirak edəcək nəzarətçilərlə seminar-məşğələlərə başlayır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı TQDK-nın mətbuat katibi Elnur Nağızadə verib. Onun sözlərinə görə, seminar-məşğələlərin məqsədi nəzarətçi müəllimləri qəbul imtahanlarının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməkdir: “Seminarlar TQDK-nın Təşkilat şöbəsinin məsul əməkdaşları tərəfindən aparılacaq. Seminarlarda Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərindən nəzarətçi qismində cəlb olunacaq müəllimlər iştirak edəcək”. E.Nağızadə ötən il ali məktəblərə qəbul imtahanlarında iştirak edən 116 nəzarətçinin, 2010-cu ildə keçirilən qəbul imtahanlarında isə 300-dən çox nəzarətçinin təlimat qaydalarını pozduğunu bildirib. Qeyd edək ki, imtahan prosedurlarını daha yaxşı izah etmək üçün seminar məşğələlər 25-30 nəfərlik qruplarda Bakı da daxil olmaqla, əksər bölgələrdə keçiriləcək və aprelin 6-dək davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-5746.html