Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
01.02.12 20:10

Milli Məclisin bu gün keçirilən iclasında Fransanın ATƏT Minsk qrupundan kənarlaşdırılması müzakirə olunub. “KƏLAMİNFO” xəbər verir ki, millət vəkili Zahid Oruc bildirib ki, Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır. O qeyd edib ki, ATƏT-in Minsk qrupunun fəaliyyətini tənzimləyən hüquqi müstəvi yaradılmalıdır. “ATƏT-in Minsk qrupuna daxil olan həmsədr ölkələrin güc nisbətindən Dağlıq Qarabağ probleminin həlli asılıdır. İndi sual olunur ki, onlardan hansısa birinin fəaliyyəti qanunsuz və Azərbaycan maraqlarına zidd olacaqsa, onlar necə kənarlaşdırılacaq” - deyə Z.Oruc vurğulayıb. Millət vəkili Vahid Əhmədov da Fransanın Minsk qrupundan uzaqlaşdırılması məsələsinin Milli Məclisdə qaldırılmasının vacibliyini bildirib. Spiker Oqtay Əsədov isə deyib ki, Fransa həmsədrliyin mənəvi haqqını itirib, lakin hüquqi haqqını saxlayır: “Biz müəyyənləşdirməliyik ki, Fransanın uzaqlaşdırılmasının hüquqi forması necədir. Bu bizim istəyimizdən asılı məsələ deyil. Məsələ gündəmdədir, Azərbaycan və Türkiyə birlikdə bunun üçün bütün vasitələrdən istifadə edir və edəcək”.
URL / WWW
http://kelam.az/article/a-5744.html