Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
01.02.12 20:10

“Azərbaycan Milli Məclisi Dağlıq Qarabağın erməni icmasına müraciət etməlidir”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Milli Məclisin bu gün keçirilən iclasında qurumun Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. Onun sözlərinə görə, müraciətdə onlara izah olunmalıdır ki, onların Azərbaycan vətəndaşı olmaqdan başqa imkanları yoxdur, Azərbaycanın tərkibində yaşayacaqları təqdirdə təhlükəsizlikləri təmin ediləcək, inteqrasiya prosesləri təşkil olunacaq. “Biz Dağlıq Qarabağ ermənilərini öz yaxınımıza çəkməklə Ermənistanı danışıqlar prosesindən uzaqlaşdırmaq şansına nail olarıq. Bununla problemin həllinə nail olarıq” - deyə Z.Oruc vurğulayıb. O bildirib ki, Azərbaycan bununla Rusiyanın Çeçenistana yönəlik uğurlu siyasətini nisbətən təkrarlamış olur. “Yəni Çeçenistanda olduğu kimi Qarabağda da Kadırovlar tapılmalıdır. Kadırovlar Qarabağda tapılacaq ya yox, bu iş üzərində işlənilməlidir. Əgər tapılarsa, oradakı hər iki tərəfdən olan əhalini öz rəhbərliyi altında birləşdirər və problemlər tədricən həll olunar. Bütün məsələləri Dağlıq Qarabağ əhalisinə izah edə bilər” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5743.html