Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
02.02.12 02:10

Mənzil-qərargahı Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresi (BAK) Azərbaycan tarixinə qanla yazılan Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirəcək. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, BAK İdarə Heyətinin Niderland Krallığının Brabant əyalətinin Tiburq şəhərində keçirilən toplantısında bununla əlaqədar xüsusi komissiyanın yaradılması qərara alınıb. İH-nin qərarına əsasən, komissiyaya rəhbərlik BAK sədri Sahil Qasımova, ümumi təşkilatçılıq və nəzarət işləri isə sədr müavinləri Elsevər Məmmədova, Ofelya Babayevaya və Musa Pünhana həvalə olunub. Konqres 7 minlik Xocalı sakininə qarşı ermənilərin törətdikləri vəhşilikləri Benilüks məkanındakı əhaliyə çatdıracaq. BAK bu gün dünya ictimaiyyətindən qondarma erməni soyqırımını tanıtmaq yolunda dəridən-qabıqdan çıxan ermənilərin özlərinin azərbaycanlılara qarşı soyqırımı törətdiklərini çatdırmaqla onların əsl simasını ifşa etməyə çalışacaq. Bu məqsədlə BAK Niderland Krallığının inzibati mərkəzi hesab edilən Haaqada ölkə parlamenti qarşısında kütləvi nümayişlər, parlamentin Xocalı soyqırımına siyasi qiymətin verilməsi istiqamətində deputatlarla görüşlər keçirmək planlaşdırılır. Həmçinin Amsterdamdakı Yəhudilərin Tarix Muzeyində azərbaycanlı uşaqların Xocalı faciəsinə həsr olunan rəsm əsərlərindən ibarət sərginin təşkili, burada Haaqada akkreditə edilən diplomatik korpusun nümayəndələri və Niderlandın siyasətçilərinin iştirakını təmin etmək, krallığın Soyqırımı İnstitutunda konfransın, Brüsseldə isə Avropa Parlamenti və Ermənistan səfirliyinin qarşısında etiraz aksiyalarının keçirilməsi nəzərdə tutulub. Bundan əlavə, Lüksemburq parlamentində Xocalı faciəsinin gündəmə gətirilməsi və bu hadisələrə siyasi qiymətin verilməsi istiqamətində silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.
URL / WWW
http://kelam.az/article/a-5741.html