Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanın daha 10 ölkədə diplomatik nümayəndəliyi açılacaq
11.01.10 20:28

Hazırda dünyanın müxtəlif ölkələrində Azərbaycanın 65 diplomatik nümayəndəliyi fəaliyyət göstərir. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıxov söyləyib. O, yaxın gələcəkdə Azərbaycanın daha 10 ölkədə diplomatik nümayəndəlik açacağını bildirib. Nazir müavini bu ölkələr sırasında Serbiya, Oman, Argentina, Tailand, Xorvatiya, Liviya, Livan, Estoniyanın olduğunu vurğulayıb. V.Sadıxov qeyd edib ki, Gürcüstanın Batumi şəhərində isə diplomatik nümayəndəliyin açılması planlaşdırılır. V.Sadıxov Fələstinin Azərbaycanda səfirlik açmasının da gündəmdə olduğunu bildirib.
URL / WWW
http://kelam.az/article/a-574.html