Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
01.02.12 20:10

Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Aliasbek Alımkulovun rəhbərliyi ilə nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Səfər Azərbaycan ilə Qırğız Respublikası arasında gənclər siyasəti sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi və əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə gerçəkləşir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər. Səfər çərçivəsində qonaqların ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarəti, Gənclər və İdman, Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliklərində, Qafqaz Müsəlmanları İdarəsində görüşləri və “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə keçiriləcək tədbirlərdə iştirakları nəzərdə tutulub. Həmçinin bu gün Azərbaycanın Gənclər və İdman Nazirliyi və Qırğız Respublikasının Gənclər, Əmək və Məşgulluq Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması planlaşdırılır. Səfər fevralın 3-ə kimi davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-5739.html