Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Məclisin yaz sessiyası işə başlayıb
02.02.12 02:10

Bu gün Milli Məclisin yaz sessiyasında ilk iclası işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, iclasda parlamentin yaz sessiyasını açıq elan edən spiker Oqtay Əsədov bildirib ki, bu sessiyada Milli Məclisi çox gərgin iş gözləyir. O qeyd edib ki, bu sessiyada 2011-ci il büdcə zərfi ilə bağlı və ombudsmanın hesabatı dinləniləcək . İclasın bugünkü gündəliyinə Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında, Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında, Milli Məclisinin 2012-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” (ikinci oxunuş) qanun layihələri daxil edilib.
URL / WWW
http://kelam.az/article/a-5736.html