Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Milli Seçim turlarının yarımfinalçıları özləri haqda fikir bildirib
01.02.12 02:14

“Eurovision–2012”nin Milli Seçim turlarından sonra finalda iştirak etmək istəyən 8 yarımfinalçısı müsabiqə ilə bağlı öz fikirlərini açıqlayıb. “KƏLAMİNFO” müsabiqənin rəsmi internet saytına istinadən yarımfinalçıların fikirlərini təqdim edir: Orxan Kərimli: “Düşünürəm ki, bu həftə rəqabət daha güclü olacaq. Çünki bütün iştirakçılar istedadlıdır. Özümə güvənirəm, daha da yaxşı hazırlaşacam. Məncə Eurovision təmsilçisinə lazım olan xüsusiyyətin hamısı məndə var”. Məryəm Kərimova: “Bu dəfə də çalışacağam ki, əlimdən gələni edim. Çünki finalda özümü görmək istəyirəm”. Xəyyam Mustafazadə: “Bu həftə mənim üçün çox fərqli olacaq. Tamamilə yeni layihələrlə tamaşaçıların qarşısına çıxacağam”. Fəqan Səfərov: “8 güclü ifaçının çıxışı tamaşaçılara çox gözəl şou vəd edir. Çünki bir-birindən güclü ifaçılar yarışacaq. Tamamilə fərqli janrda xüsusi repertuar hazırlamışam”.Elton İbrahimov: “Yarımfinalçıların hər biri fərqlənir. Hamısı parlaq ifaçılardır. Məncə münsiflər heyəti ən düzgün seçimi edəcək. Özümə inanıram və qələbə üçün çalışacam”. Adil Baxışlı: “Bu dəfə daha güclü repertuarla çıxış edəcəm. Çox yaxşı hazırlaşmışam. Güclü rəqiblərim var. Özümü finalda görürəm”. Səbinə Babayeva: “Həftə ərzində özümü layiqincə təqdim etməyə çalışacam. Bu dəfəki mübarizənin həm gərgin, həm də maraqlı olacağına inanıram”. Arzu İsmayılova: “Çıxış etdiyim həftədə təcrübə əldə etdim. Özümü finalda görürəm”. Xatırladaq ki, SMS və münsiflər heyətinin səsverməsinin nəticələrinə əsasən 8 yarımfinalçıdan 5-i finala vəsiqə qazanacaq.
URL / WWW
http://kelam.az/article/a-5735.html