Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Qərbi Avropanın İT şirkətləri iflas edir?!
31.01.12 15:59

2012-ci ildə Qərbi Avropada kompaniyaların əksəriyyəti İT xərclərini azaltmağı planlaşdırırlar. Büdcəsini artırmaq istəyən şirkətlər isə yalnız 5 faizlik artımla kifayətlənmək niyyətindədirlər. “İCTnews” xəbər verir ki, kompaniyalar 2012-ci il üçün xidmətlərin göstərilməsi, yeni proqramların alınması, müqavilələrin bağlanması və s. üzrə İT büdcələrinin planlaşdırılmasına çox ehtiyatla yanaşırlar. Belə ki, Qərbi Avropanın 6 regionunda 590 təşkilat arasında aparılan sorğu göstərib ki, çox az sayda şirkət İT xərclərini artırmaq istəyindədir. Sorğuya əsasən, 2012-ci ildə təşkilatların yalnız 40 faizi yeni aparatlarla təchizata, xidmətlərə vəsait qoymağa hazırlaşır. Şirkətlərin 43 faizi isə İT büdcələrində heç bir dəyişiklik etməyi düşünmür. Yalnız təşkilatların 17 faizi büdcələrində ixtisarlar aparmağı planlaşdırır.Ötən illə müqayisə göstərir ki, 2011-ci ildə büdcəsini artıran təşkilatlar 43 faiz, onu 2010-cu il səviyyəsində saxlayanlar 37 faiz, büdcədə ixtisarlar aparan şirkətlər isə 20 faiz təşkil edib. Bununla da sorğu 2012-ci ildə Qərbi Avropada İT bazarlarında durğunluq yaşanacağını deməyə əsas verir. Pozitiv vəziyyətə ümid etməyən analitiklər də Qərbi Avropada İT bazarlarının iflas astanasında olduğunu deyirlər.
URL / WWW
http://kelam.az/article/a-5727.html