Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Gənclər üçün Təhsil Mərkəzi ilə Azərbaycan Uşaqlar Birliyi memorandum imzalayıb
31.01.12 15:59

Bu gün Gənclər üçün Təhsil Mərkəzi ilə Azərbaycan Uşaqlar Birliyi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. GTM-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, imzalanan memoranduma əsasən, tərəflər 3 il müddətində fəaliyyət sahəsi üzrə informasiya, təşkilatlararası təcrübə, fəaliyyət hesabatlarının mübadiləsini aparacaq. Həmçinin hər iki təşkilat əməkdaşların praktiki bacarıqları sahəsində təcrübə mübadiləsi, birgə layihə təkliflərinin hazırlanması və təqdim edilməsi, birgə layihələrdə iştirak, təlim və seminarların təşkili və s. kimi məsələləri həyata keçirəcək. Yaxın günlərdə görüləcək işlərlə bağlı fəaliyyət planı da təsdiq ediləcək. Qeyd edək ki, hər iki təşkilat artıq 10 ildən artıqdır ki, aktiv fəaliyyət göstərir, müxtəlif yerli və beynəlxalq layihələr həyata keçirirlər.
URL / WWW
http://kelam.az/article/a-5726.html