Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Egemen Bağış: “Soyqırımı baş verməyib, kim istəyirsə, qoy gəlib məni həbs etsin”
31.01.12 15:59

Türkiyənin Avropa Birliyi işləri üzrə naziri, qurumla danışıqlarda nümayəndə heyətinin rəhbəri Egemen Bağış az əvvəl Fransanın qəbul etdiyi qanuna yaxın sənəd qəbul etmiş İsveçrədə sərt bəyanatla çıxış edib: “Mən İsveçrədəyəm və bəyan edirəm: heç bir genosid baş verməyib. Mən hazıram və kim istəyirsə, qoy gəlib məni həbs etsin”. Bunu Davos İqtisadi Forumunda iştirak edən nazir Sürixə - Sezen Aksunun konsertinə baxmaq üçün gedərkən bildirib. Konsertdən sonra da jurnalistlərin suallarını cavablandıran E.Bağış xatırladıb ki, Fransadan əvvəl İsveçrə də qondarma erməni soyqırımını inkar edilməsinə görə cəzanın verilməsini nəzərdə tutan qanun qəbul edib: “Biz inanırıq ki, Fransada sağlam düşüncəli insanlar bundan məhrum olan insanlardan çoxdur. Bu qərar sadəcə olaraq, bizim üçün etibarsızdır. Mən ürəkdən inanıram ki, Fransa Konstitusiyaya zidd olan qanunu ləğv edəcək».
URL / WWW
http://kelam.az/article/a-5724.html