Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ziyafət Əsgərov: “Fransa Konstitusiya Məhkəməsinin son qərarını gözləyirik”
31.01.12 15:59

Fransa Senatında qəbul olunan qondarma erməni soyqırımını inkar edənlərə qarşı cəza tətbiq edən sənədə cavab olaraq Azərbaycan Milli Məclisində də müvafiq sənəd qəbul oluna bilər. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib. O qeyd edib ki, hal-hazırda məsələ ilə bağlı konkret addım atmaq üçün Fransa Konstitusiya Məhkəməsinin son qərarı gözlənilir. “Əgər Konstitusiya Məhkəməsi də analoji addım atarsa, biz də Xocalı soyqırımı ilə bağlı oxşar sənədi qəbul edə bilərik” - deyə Z.Əsgərov vurğulayıb. Sənədin Milli Məclisdə Xocalı soyqırımını inkar edənlərə qarşı cəza tətbiqi kimi qəbul olunub- olunmayacağına toxunan vitse-spiker bildirib ki, hazırda bunun forması üzərində düşünülür. “Ola bilsin ki, bu şəkildə olmasın, amma mahiyyətcə həmin məzmunu daşıyacaq. Biz bu haqda hələ düşünürük” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5723.html