Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » AŞ PA-da Xocalı soyqırımının 20 illiyi ilə bağlı yazılı bəyanat yayılıb
27.01.12 18:09

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında Xocalı soyqırımını kəskin pisləyən yazılı bəyanat yayılıb. “KƏLAMİNFO” xəbər verir ki, sənədi Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva hazırlayıb. Yazılı bəyanata AŞ PA-da təmsil olunan müxtəlif ölkələrdən olan millət vəkilləri də imza atıblar. Avropalı millət vəkillərinin imzaladığı sənəd AŞ PA-nın yazılı bəyanatı kimi qəbul olunub və assambleyanın iclasında qurumun sədri Jan-Klod Minyon tərəfindən elan olunub və millət vəkilləri arasında yayılıb. Bəyanatda Xocalı soyqırımının Azərbaycan tarixinin və ümumiyyətlə, insanlıq tarixinin ən qanlı və dəhşətli səhifələrindən biri olduğu qeyd edilir. Yazılı bəyanatda Avropa Şurası və digər beynəlxalq təşkilatlar bu soyqırımına hüquqi və siyasi qiymət verməyə çağırılır. "Bütün bunları nəzərə alaraq, biz (bu sənədi imzalayan millət vəkilləri) beynəlxalq ictimaiyyəti, o cümlədən AŞ PA-nı bu qeyri-insanı, qəddar cinayəti pisləməyə, habelə Ermənistan Silahlı Qüvvələri tərəfindən bəşəriyyət əleyhinə törədilmiş bu qanlı aksiyaya müvafiq hüquqi və siyasi qiymət verməyə çağırırıq" – deyə sənəddə vurğulanır.
URL / WWW
http://kelam.az/article/a-5719.html