Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “M.F.Axundzadə İli”nin Ankarada rəsmi açılış mərasimi keçiriləcək
27.01.12 02:38

Bu gün Türkiyənin Ankara şəhərində Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin 200 illiyi və TÜRKSOY təşkilatı tərəfindən 2012-ci ilin həmin təşkilat tərəfindən “M.F.Axundzadə İli”nin elan edilməsi ilə əlaqədar təşkilatın qərargahında rəsmi açılış mərasimi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, mərasimdə nazir Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək. Qeyd edək ki, tədbirdə Türkiyənin mədəniyyət naziri Ərtoğrul Günay, TÜRKSOY-un Baş katibi Düssen Kaseinov, Gürcüstanın mədəniyyət və abidələrin qorunması naziri Nikolaz Rurua, AMEA-nın alimləri və digər şəxslər iştirak edəcəklər. Tədbir zamanı M.F.Axundzadə yaradıcılığına aid kitabların TÜRKSOY təşkilatına təqdim olunması və ədibin həyat və yaradıcılığına həsr edilmiş “Sabahın elçisi” adlı filmin nümayiş etdirilməsi də nəzərdə tutulub. “M.F.Axundzadə İli”nin TÜRKSOY-a daxil olan bütün üzv ölkələrdə də yüksək səviyyədə keçirilməsi məqsədi ilə müvafiq tədbirlərin həyata keçirildiyi bildirilir.
URL / WWW
http://kelam.az/article/a-5718.html