Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Fransada etirazçı deputatların sayı artır
26.01.12 19:38

Fransa parlamentində qəbul edilən qanun layihəsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gələn senatorların sayı 35-ə çatıb. “KƏLAMİNFO” “CNN Turk”ə istinadən xəbər verir ki, hakim Xalq Hərəkatı Birliyinin üzvü və Türkiyə-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mişel Difenbeycer Milli Assambleyada sosialistlər və iqtidar partiyası millət vəkilləri də daxil olmaqla, Konstitusiya Məhkəməsinə ediləcək müraciəti imzalamağa hazır olan deputatların sayının 35-ə çatdığını bildirib. Senatda da təxminən bu sayda senator Konstitusiya Məhkəməsinə müraciət etməyə hazırdır. Qanunla bağlı Konstitusiya Məhkəməsinə müraciət edə bilmək üçün Milli Assambleyanın və ya Senatın 60 üzvünün imzası və ya prezidentin şəxsi etirazı kifayət edir.
URL / WWW
http://kelam.az/article/a-5717.html