Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Əhməd Davudoğlu: “Sarkozi çox təhlükəli oyun oynayır”
27.01.12 02:38

«Fransa prezidenti Nikola Sarkozi çox təhlükəli oyun oynayır». «KƏLAMİNFO» Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Fransa Senatının qəbul etdiyi qanun layihəsini növbəti dəfə şərh edərkən deyib. Sarkozinin qanun layihəsinin üçüncü ölkəyə qarşı yönəlmədiyi fikirlərinin əks olunduğu Ərdoğana yazdığı məktubunu şərh edən nazir «bu, düzgün deyil» deyib. «Türkiyənin bu və ya digər qanun layihəsinin kim və nəyə görə irəli sürməsini bilməsi üçün kifayət qədər təcrübəsi var. Aydındır ki, bu qanun layihəsi kimə qarşı yönəlib. Burada şərhlər artıqdır. Cənab Sarkozinin də məktubunda diqqət yetirdiyi məsələnin bizim üçün əhəmiyyəti yoxdur. Onun sözlərinə görə, «bu qanun Avropa ölkələrinə təhlükədir». «Sarkozi tək erməni seçiciləri arasında dəstək qazanmağa ümid etmir, eyni zamanda islamofobiya xəstəliyinə düçar olan və Türkiyənin Avropa Birliyinə üzvlüyünə qarşı çıxan sağmərkəzçilərin də səslərini əldə etməyə çalışır. Bu, çox təhlükəli oyundur. İndiyə qədər sağmərkəzçi qüvvələrə, radikal millətçilərə və islamofoblara yönəlmiş bu cür siyasi manevrlə» Avropa mədəniyyətinə təhlükə yaradırdı» - deyə nazir vurğulayıb. Davudoğlu ağlı üstün tutan senatorları Konstitusiya Şurasına bu layihəni ləğv etmək üçün müraciət etməyə çağırıb.
URL / WWW
http://kelam.az/article/a-5714.html