Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda “Əlillərin sosial müdafiəsi haqqında” qanunun monitorinqi aparılır
26.01.12 19:38

Hazırda Azərbaycanda “Əlillərin sosial müdafiəsi haqqında” qanun layihəsinin monitorinqi aparılır və yaxın zamanlarda monitorinqin nəticələri açıqlanacaq. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib. O qeyd edib ki, monitorinq bu qanunun hansı müddəalarının işlədiyini, əlillərlə bağlı Konvensiyaya uyğunluğunu öyrənmək məqsədilə aparılır. “Monitorinqin yekununda bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, müvafiq qanuna bəzi müddəaların əlavə edilməsi, bəzi müddəaların işlək mexanizminin yaradılması üçün təkliflər hazırlanacaq” - deyə M.Quliyev vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda əlillər, onların sosial müdafiəsi ilə bağlı qanunvericilik kifayət qədər dolğundur və bu sahədə yeni bir qanunun qəbuluna ehtiyac yoxdur.
URL / WWW
http://kelam.az/article/a-5713.html