Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanlı deputat: “İranın molla rejimi bu gün hər bir dövlətdə özünə düşmən axtarır”
26.01.12 19:38

“Təəssüf ki, İranın molla rejimi bu gün hər bir dövlətdə özünə düşmən axtarır. Hətta daim ona dost olmaq istəyən Azərbaycanla belə Tehran bu niyyətindədir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. O, qeyd edib ki, İrandakı rejim bu gün az qala bütün dünyaya qarşı müharibə elan etmək vəziyyətindədir, hansı ki başlıca olaraq bu, İran xalqının mənafeyinə ziddir. “Yaxın qonşu, müsəlman qardaşları olmamıza baxmayaraq, İranın molla rejimi öz ölkəsinin müxtəlif şəxsləri və qurumları vasitəsilə Azərbaycana qarşı iftiralar yağdırır, böhtanlar söyləyir, etik normalara sığmayan fikirlərə cəsarət edir. Buna görə də həmin ölkənin bu gün ağır vəziyyətə düşməsinin başlıca səbəbi molla rejiminin mahiyyətində axtarılmalıdır. Bütün dünya birmənalı olaraq İranın nüvə silahının istehsalını dayandırmasını gözləyir, o isə buna əhəmiyyət vermir”-deyə millət vəkili vurğulayıb. Z.Oruc deyib ki, İran bütün beynəlxalq hüquq normalarını tapdalayaraq, Azərbaycan dövlətinin ona qarşı mehriban qonşuluq münasibətlərinin əksinə olaraq öz çirkin və sərsəm niyyətlərini həyata keçirməkdə davam edir.
URL / WWW
http://kelam.az/article/a-5711.html