Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » “Beynəlxalq hüquqda fəxri konsul institutu” kitabının təqdimat mərasimi keçirildi
12.01.10 02:20

Bu gün Azərbaycan Diplomatik Akademiyasında (ADA) “Beynəlxalq hüquqda fəxri kosul institutu” kitabının təqdimat mərasimi keçirildi. KƏLAMİNFO xəbər verir ki, təqdimat mərasimində ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev və nazir müavini Vaqif Sadıxov iştirak edib. Onlar kitab haqqında məlumat verib və jurnalistlərin suallarını cavablandırıblar. Kitabda Azərbaycanda fəxri konsul institutunun yaranması və inkişaf mərhələləri, fəxri konsulları adi konsullardan fərqləndirən cəhətlər, onların fəaliyyəti və hüquqi vəziyyəti gözstərilir və bu sahədə beynəlxalq təcrübəyə müraciət olunmaqla, fəxri konsulun fəaliyyətinin normativ hüquqi əsasları təhlil edilir. Dərs vəsaitində fəxri konsul institutunun fəaliyyətinin hüquqi tənzimlənməsinə dair məsələlər də öz əksini tapıb. Qeyd edək ki, kitabın müəllifləri Azərbaycan XİN-in İnsan hüquqları, demokratikləşmə və humanitar problemlər idarəsinin rəisi Əlimirzamin Əsgərov və XİN-in attaşesi Pərvin Məmmədovadır.Xatırladaq ki, kitab diplomatiya, beynəlxalq hüquq və beynəlxalq münasibətlər üzrə ixtisaslaşan tələbələr və müəllimlər üçün nəzərdə tutulub və Azərbaycan diplomatiyasının 90 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində çap edilib.
URL / WWW
http://kelam.az/article/a-571.html