Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Fövqəladə hallar naziri ATƏT-in Bakı ofisinin rəhbərini qəbul edib
27.01.12 03:38

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayı qəbul edib. “KƏLAMİNFO” FHN-ə istinadən xəbər verir ki, görüşdə nazir Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, strukturu və xarici dövlətlərin müvafiq qurumları ilə qurduğu əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verib, həmçinin FHN və ATƏT arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə edib və neft dağılmalarına qarşı hazırlıq sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb. K.Tarqay hər iki qurum arasında davamlı münasibətlərin böyük potensialından geniş istifadə olunmasının zəruriliyini qeyd edib. Görüşdə FHN ilə ATƏT arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
URL / WWW
http://kelam.az/article/a-5709.html