Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Bakı Dövlət Universitetində professor Cahangir Məmmədlinin yubileyi keçirilib
27.01.12 00:32

Bakı Dövlət Universitetində kafedra müdiri, İctimai Televiziya və Radio Yayım Şurasının sədri, professor Cahangir Məmmədlinin anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 45 illiyi münasibətilə tədbir keçirilib. Məlumatı “KƏLAMİNFO”ya BDU-dan veriblər. C.Məmmədlini Azərbaycan milli jurnalistika elmi məktəbinin görkəmli nümayəndəsi, ali jurnalistika təhsilinin təşkilatçısı, görkəmli elm, təhsil və mədəniyyət xadimi kimi xarakterizə edən rektor Abel Məhərrəmov deyib ki, Cahangir müəllim uzun illər boyu elmin və təhsilin tərəqqisinə çalışıb, onun milli koloritlərini zənginləşdirərək beynəlxalq nüfuzunu yüksəldib, xalqımızın adını daim uca tutub. Onun sözlərinə görə, professorun səmərəli elmi-pedaqoji və ictimai-mədəni fəaliyyəti həm Azərbaycanda, həm də xarici ölkələrdə geniş şöhrət qazanıb. Rektor əlavə edib ki, 45 ildən artıq ki, mətbuat tarixi, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi problemləri ilə məşğul olmuş, jurnalistika məsələlərinə dair sanballı tədqiqat əsərləri, çoxsaylı məqalələrin müəllifi kimi tanınmış Cahangir müəllim müasir Azərbaycan peşəkar jurnalistikası konsepsiyasının əsaslarının formalaşdırılmasında, bununla da bu elmin inkişafında və böyük bir jurnalistlər nəslinin yetişməsində müstəsna xidmətlər göstərib. Jurnalistika fakültəsinin dekanı, professor Yalçın Əlizadə də C.Məmmədli haqqında xoş xatirələrini bölüşüb. Qeyd edib ki, Cahangir müəllim böyük mütəxəssis, həyatını jurnalistika fakültəsinə, ümumən universitetə bağlayan böyük alim, tanınmış ictimai xadimdir. Ona göstərilən diqqət və qayğıdan məmnun olduğun söyləyən yubilyar təbiət etibarilə kövrək insan olduğunu və bu günün onun həyatında silinməz iz qoyacağını deyib.
URL / WWW
http://kelam.az/article/a-5700.html