Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Millət vəkili S.Rüstəmxanlı Yardımlı rayon sakinləri ilə görüşüb
09.01.10 02:57

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bir neçə gün əvvəl baş verən qasırğa nəticəsində ziyan çəkən Yardımlı rayon sakinlərilə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dünya Azərbaycanlıları Konqresindən (DAK) veriblər. S.Rüstəmxanlı daha çox dağıntılara məruz qalan kəndlərdə təbii fəlakətin ziyan vurduğu tikililərlə tanış olub. S.Rüstəmxanlı bildirib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yerli şöbəsləri qasırğanın törətdiyi fəsadları aradan qaldırmaq üçün çalışmalarına baxmayaraq, hələ də bəzi kəndlərin enerji təminatı, telefon rabitə sistemi təmin edilməyib və elektrik dirəklərinin bərpası başa çatmayıb. Evləri daha çox dağıntıya məruz qalan sakinlər isə bərpa işlərinin gecikməsindən narahatlıqlarını ifadə ediblər. Yerli icra strukturlarından isə bildirilib ki, dağıntıların miqyası böyük olduğu üçün fəlakətin qarşısını qısa müddətdə aradan qaldırmaq mümkün deyil və yalnız kommunikasiya xətlərinin bərpasından sonra dağıntıya məruz qalan evlərin sakinlərinə maddi və texniki yardımların göstərilməsinə başlanacaq. Daha sonra VHP Yardımlı rayon təşkilatı üzvləri ilə görüş keçirən millət vəkilinə mövcud durum və bələdiyyə seçkilərinin nəticələri haqda bilgi verilib. Qeyd edək ki, S. Rüstəmxanlının rayon əhalisi ilə görüşləri davam etdirilir.
URL / WWW
http://kelam.az/article/a-570.html