Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Yaqub Mahmudov: Naxçıvan və Dərbəndin 5 min illik yubileyi keçirilməlidir
26.01.12 14:32

“Naxçıvanın 5 min illik yubileyi keçirilməlidir. Naxçıvan yer üzərində ilk sivilizasiya məkanı, ilk insan məskənidir. Bura insanın ayaq açdığı, mədəniyyət yaratdığı məkandır. Hesab edirəm ki, bu il Naxçıvan şəhərinin 5 min illik yubileyi keçirilməlidir”. “KƏLAMİNFO” xəbər verir ki, bu təkliflə AMEA Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov çıxış edib. AMEA Rəyasət Heyətinin iclasında çıxış edən Y.Mahmudov bildirib ki, burada şübhəli heç bir şey yoxdur: “Gəmiqaya deyirsənsə, buradadır. Nəbi yurdu, Nuh peyğəmbərin qəbri Naxçıvandadır. Oradakı qalalarda Azərbaycanın çox qədim tarixi yatır”. Y.Mahmudov, həmçinin xatırladıb ki, gələn il qədim Azərbaycan torpağı olan Dərbəndin yubileyini keçirmək istəyirlər: “Ancaq yubileyi biz keçirməliyik. Bizim heç kəsə qarşı ərazi iddiamız yoxdur, amma Dərbənd qədim Azərbaycan şəhəridir. Biz bölmədə Dərbəndin beş min illik yubileyi ilə bağlı tədbir keçirməyi razılaşmışıq. Bu tədbiri sonra Dərbənddə keçirəcəyik. Azərbaycanda Naxçıvanla Dərbəndin beş min illik yubileyini çox rahat keçirmək olar. Heç nə gözləmək lazım deyil”. Ermənilərin Azərbaycana qarşı haqsız ərazi iddialarından bəhs edən Y.Mahmudov əlavə edib ki, Naxçıvandakı abidələrin siyahıya alınması olub. Onun sözlərinə görə, 1000-dən çox dünya səviyyəli abidə siyahıya alınıb: “Onun içərisində bir dənə də olsun erməni adı yoxdur və bu bir faktdır”. Y.Mahmudov 2 cildlik Naxçıvan Tarixi adlı kitab hazırladıqlarını da açıqlayıb.
URL / WWW
http://kelam.az/article/a-5699.html