Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Eldar Qasımov: “Biz bu qələbə üçün ürəyimizi qoymuşduq”
24.01.12 20:10

“Hər bir xalqın, hər bir millətin özünəməxsus mədəniyyəti var. Ona görə də biz ətrafımızda olan və bütün dünya ölkələrindən seçilirik. Çünki bizim özümüzə məxsus mədəniyyətimiz var və biz bununla fəxr etməliyik”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında “Eurovision–2011”-in qalibi Eldar Qasımov bildirib. Onun sözlərinə görə, “Eurovision–2012”-də Bakıya xaricdən qonaqlar gələndə bizdən nəsə götürəcəklər, burda da onlardan nəsə qalacaq. E.Qasımov bu ərəfədə insanların dünya sivil qaydalarına son dərəcə həssas yanaşmasının vacibliyini bildirdi: “Mədəniyyət elə bir şeydir ki, əgər öz mədəniyyətini itirmədən başqa xalqların mədəniyyəti ilə qarışdıra bilsən, çox gözəl nəticə verər”. Builki “Eurovision” müsabiqəsinə gəlincə isə qaliblərimiz Eldar Qasımov və Nigar Camal bu il də birincilik arzuladıqlarını bildirdilər: “Əlbəttə ki, birinci yeri biz çox istərdik. Azərbaycanı təmsil edəcək şəxs ölkəmizi layiqincə təmsil etməlidir. Əsas odur ki, layiqincə təmsil etsin. Və desinlər ki, bu, Azərbaycan idi və bu ölkə bu il də çox möhtəşəm bir ifa, möhtəşəm bir performans göstərdi”. Birinci olmağın asan yolunu isə qaliblər belə izah etdilər: “Birinci olmaq üçün biz Nigarla heç nə etmədik. Sadəcə, çıxdıq səhnəyə və özümüzü 3 dəqiqə ərzində gözəl hiss etdik. Bildik ki, bu 3 dəqiqə bizim həyatımızın ən vacib anları və zirvəsidir. Biz çalışdıq ki, Azərbaycana qələbə gətirək və buna nail olduq, çünki biz bu qələbə üçün ürəyimizi qoymuşduq”.
URL / WWW
http://kelam.az/article/a-5697.html