Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Obama AB-nin İrana qarşı yeni sanksiyalarından məmnun qalıb
25.01.12 02:10

ABŞ prezidenti Barak Obama Avropa Birliyinin İrana yeni sanksiya qərarından məmnun olduğunu bildirib. Obama yaydığı yazılı açıqlamada “Avropa Birliyindəki müttəfiqlərimizin İran rejiminin nüvə proqramı ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməməsinə cavab olaraq bu ölkəyə əlavə sanksiyalar tətbiq etməyi nəzərdə tutan addımlarını alqışlayıram” deyib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, bu sanksiyaların İranın nüvə proqramının yaratdığı təhdidə qarşı beynəlxalq qüvvələrin birliyini bir daha nümayiş etdirdiyini vurğulayan Obama ABŞ-ın Tehrana təzyiqləri artırmağa davam edəcəyini bildirib. ABŞ Xəzinə Nazirliyinin İran Ticarət Bankına qarşı yeni sanksiyalar açıqladığını xatırladan Obama: “İran yolunu dəyişmədikcə və beynəlxalq öhdəliklərini yerinə yetirmədikcə təzyiqləri artırmağa davam edəcəyik" sözlərinə yer verib.
URL / WWW
http://kelam.az/article/a-5696.html