Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Fəttah Heydərov: “Ad və soyad dəyişməsi zamanı bir sıra problemlər yarana bilər”
25.01.12 02:06

“Məgər bu gün bizim işlərimiz qurtarıbmı ki, indi də ad və soyadları dəyişək?” “KƏLAMİNFO” xəbər verir ki, bunu Mili Məclisin Regional məsələlər komitəsinin iclasında millət vəkili Fəttah Heydərov bildirib. O qeyd edib ki, indiki halda bu məsələdə tələsmək lazım deyil. “İndi ad və soyad dəyişməsi zamanı bir sıra problemlər yarana bilər. Çünki çox sayda insan uzun illərdir “ov”, “yev” soyadını daşıyıb. Bu gün Cənubi Azərbaycanda, Gürcüstanda və digər bölgələrdə azərbaycanlılar yaşayır. Bu soyad dəyişmə Gürcüstanda yaşayan yarım milyon azərbaycanlıya da şamil olunacaqmı? Biz niyə belə halları unuduruq? Bu insan hüquqlarına uyğun deyil” - deyə F.Heydərov vurğulayıb. Millət vəkili eyni zamanda, yer adlarının dəyişdirilməsinə də toxunub. “Bu məsələdə diqqətli olmaq lazımdır. Biz tariximizi saxtalaşdırmamalıyıq. Elə yerlər var ki, onların adlarını dəyişmək olmaz” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5690.html