Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Bu gün Gürcüstan və Rusiya arasında uzun fasilədən sonra ilk çarter aviareysi həyata keçirilib
08.01.10 20:57

Bu gün uzunmüddətli fasilədən sonra Gürcüstan və Rusiya arasında ilk çarter aviasreysi həyata keçirilib. KƏLAMİNFO xəbər verir ki, 80 sərnişinin uçduğu Tiflis-Moskva çarter reysi Gürcüstanın “Airzena-Georgian Airways” şirkəti tərəfindən “Boeing-737” təyyarəsi ilə həyata keçirilib. “Airzena-Georgian Airways” şirkətinin prezidenti Tamazi Qaiaşvili bildirib ki, çarter reysi Rusiya tərəfi ilə 1,5 il müddətində aparılmış danışıqlardan sonra baş tutub. Növbəti reyslər bu ayın 9-da və 10-da, həmçinin 16-sı və 24-də yerinə yetiriləcək. Həmin reyslər üçün artıq aviabiletlər də satılıb.Qeyd edək ki, Tiflis-Moskva aviareysinə biletin qiyməti bir tərəfə 490 lari (170 avro) təşkil edir. Xatırladaq ki, Gürcüstan və Rusiya arasında aivaəlaqə 2006-cı ilin oktyabr ayında dayandırılıb. Reyslər 2008-ci ildə qısa müddətə bərpa olunsa da, həmin ilin avqust ayında Gürcüstanla Rusiya arasında baş vermiş müharibə ilə əlaqədar yenidən dayandırılıb.
URL / WWW
http://kelam.az/article/a-569.html