Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Xaricdə təhsil alanlardan 7-nin dövlət qulluğuna təyinatı olub
24.01.12 20:06

Bu vaxta qədər “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil alan və Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın ehtiyat kadr siyahısına daxil olanlardan 7 nəfərin təyinatı olub. Bu barədə açıqlamanı “KƏLAMİNFO”ya müsahibəsində DQMK-nin Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli deyib. Hazırda DQMK-nin ehtiyat kadr siyahısında 335 nəfərin mövcud olduğunu xatırladan R.Məcidbəyli bildirib ki, bunlardan 312 nəfəri dövlət qulluğuna qəbulla bağlı müsabiqədə iştirak edib ehtiyat kadr siyahısına daxil olanlardır. Onun sözlərinə görə, namizədlərin 23-ü isə xaricdə təhsil alıb sonradan Komissiyanın ehtiyat kadr siyahısına daxil olanlardır. R.Məcidbəyli, həmçinin bildirib ki, dövlət qulluğuna qəbulla bağlı müsabiqədə iştirak edib ehtiyat kadr siyahısına düşənlərdən 62 nəfərin ötən il təyinatı aparılıb. Təyinatı olan namizədlərin 2-si isə xaricdə təhsil alan və komissiyanın ehtiyat kadr siyahısında olanlardır. R.Məcidbəyli onu da əlavə edib ki, xaricdə təhsil alanlarla bağlı məsələlər tədricən qanunvericiliyin tələblərinə uyğun olaraq İqtisadi İnkişaf Nazirliyinin nəzdində “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində yaradılacaq struktur bölmə tərəfindən həyata keçiriləcək. Onun sözlərinə görə, bu iş hazırda təmsil olunduğu qurum tərəfindən həyata keçirilir, ancaq həmin struktur bölmə yaradılandan sonra xaricdə təhsil alanların dövlət qulluğuna qəbulu məsələsini İqtisadi İnkişaf Nazirliyi həyata keçirəcək. Qeyd edək ki, bu günədək 1204 azərbaycanlı gənc ölkəmizin ehtiyac duyduğu sahələr üzrə müxtəlif təhsil səviyyələri üzrə 24 ölkənin 160-dək nüfuzlu ali məktəbinə göndərilib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil alanlar “Dövlət qulluğu haqqında” qanuna görə, dövlət qulluğuna müsabiqədən kənar qəbul olunurlar. Onların dövlət qulluğuna qəbulunu əlaqələndirici qurum kimi Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya həyata keçirir.
URL / WWW
http://kelam.az/article/a-5689.html