Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Zahid Oruc: “Dərhal Azərbaycan və Türkiyə birgə komitə yaratmalıdır”
24.01.12 20:06

“Dərhal Azərbaycan və Türkiyə Ermənistan və Fransanın bu biabırçılığına, vandal siyasətinə qarşı birgə komitə yaratmaldıır”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. O qeyd edib ki, ilk növbədə Türkiyə öz daxilində qondarma erməni soyqırımını tanıyanlara qarşı cəzanı tətbiq etməlidir. “Bundan başqa, bu məsələ ətrafında Azərbaycan və Türkiyə arasında yaradılacaq komitədə ermənilərin müəllifi olduğu Xocalı soyqırımına dünya miqyasında hüquq tanıdılmalıdır” - deyə Z.Oruc vurğulayıb. O bildirib ki, Türkiyə güclənən və qlobal aləmdə söz sahibi olan dövlətdir, ona qarşı daim təzyiqlər olacaq. “Bu kartotekada da ən yaxşı variant erməni məsələsidir. Bu, yüz illər belə davam edəcək. Ona görə də buna qarşı birdəfəlik birləşmək lazımdır” - deyə millət vəkili bildirib. Z.Oruc deyir ki, iki ölkə arasında yaradılacaq birgə komitənin əsas işi tarixən ermənilərin özlərinin müəllifi odluğu soyqırımıları, o cümlədən Fransanın Əlcəzairdə törətdiyi vəhşilikləri silsilə şəkildə üzə çıxartmalıdır. “Saxtakarlığa qarşı həqiqi faktlarla çox uğurlu mübarizə aparmaq olar. Xüsusilə Xocalı qədər erməniləri ifşa edəcək fakt ola bilməz” - deyə o, əlavə edib. Deputat onu da əlavə edir ki, Fransa Senatında qəbul olunan qondarma erməni soyqırımını tanımayanlara qarşı cəzanın tətbiqi birbaşa prezident Nikolo Sarkozinin məqsədli siyasətidir. Qeyd edək ki, dünən Fransa Senatı səkkiz saatlıq müzakirələrdən sonra qondarma erməni soyqırımının inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib.
URL / WWW
http://kelam.az/article/a-5688.html