Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Parlamentin Regional məsələlər komitəsi yaz sessiyası üçün iş planını təsdiq edib
24.01.12 20:06

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclasında komitənin 2012-ci il yaz sessiyası üçün qanunvericilik iş planı təsdiq edilib. “KƏLAMİNFO” xəbər verir ki, iclasda komitə sədri Arif Rəhimzadə bildirib ki, parlamentin yaz sessiyasında komitə “Bələdiyyələrin hesabatları haqqında” qanun layihəsi, həmçinin Azərbaycanın inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsini müzakirəyə çıxaracaq. O qeyd edib ki, “Bələdiyyələrin hesabatları haqqında” qanun layihəsi Venesiya Komissiyası ilə birgə hazırlanır və layihədə əks olunan bir sıra məsələlərə aydınlıq gətirildikdən sonra plenar iclasa tövsiyə olunacaq. Komitə sədri, həmçinin qeyd edib ki, 2011-ci il payız sessiyası ərzində bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bir sıra qanunlar qəbul olunub. Komitənin iclasında millət vəkili Fəzail İbrahimli bildirib ki, Azərbaycanda bələdiyyələrin müstəqilliyinin təmin olunması üçün qanunvericilik bazası təkmilləşdirilməlidir. O qeyd edib ki, bələdiyyələrin maliyyələşdirilməsinə dövlətin diqqətinin artırılmasına ehtiyac var.
URL / WWW
http://kelam.az/article/a-5687.html