Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Eurovision–2012”nin Milli Seçim turunun sonuncu həftəsi start götürür
23.01.12 19:51

Bir həftəlik fasilədən sonra bu gün “Eurovision–2012”nin Milli seçim turunun 8-ci, sonuncu həftəsi start götürür. İctimai Televiziyadan “KƏLAMİNFO”ya verilən məlumata görə, Azərbaycanı 2012-ci ildə “Evrovision” Mahnı Müsabiqəsində təmsil etmək istəyən növbəti “9-luq” – Tofiq Hacıyev, Rinat Allimov, Arzu İsmayılova, Əli Məmmədli, Ülkər Quliyeva, Abbas Kərimli, Zaur Əmiraslanov, Ülvi Rəşidov və Caspian Dreamers 5 gün müddətində İctimai Televiziyanın canlı efirində yarışacaq. “Eurovizion–2012” Mahnı Müsabiqəsində ölkə təmsilçiliyinə iddialı olan namizədlər həftənin 5 günü İctimai Televiziya ilə birbaşa yayımlanan Milli seçim turunda xüsusi proqramını yerinə yetirəcəklər. Həftənin 5-ci günü isə tamaşaçı SMS-i və münsiflərin qərarı ilə Milli seçim turlarının 8-ci, sonuncu qalibi müəyyənləşəcək. Qeyd edək ki, ötən həftələr ərzində yarımfinala çıxmaq uğrunda mübarizə aparanlar arasında Orxan Kərimli, Məryəm Sadıqova, Xəyyam Mustafazadə, Fəqan Səfərov, Elton İbrahimov, Adil Baxışlı və Səbinə Babayeva qalib gəliblər. Xatırladaq ki, finalda Milli seçim həftələrinin birincisi olan 8 nəfər yarışacaq və qələbə qazanan iştirakçı 2012-ci ilin mayında Bakıda keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək.
URL / WWW
http://kelam.az/article/a-5683.html