Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Dövlət Gənc Tamaşaçılar Teatrı Beynəlxalq “Fəcr” Festivalına hazırlaşır
24.01.12 02:51

Dövlət Gənc Tamaşaçılar Teatrı 2012-ci ildə ikinci beynəlxalq teatr festivalında iştirak etməyə hazırlaşır. Teatrın mətbuat xidmətinin katibi Hüsniyyə Mursaquliyevanın “KƏLAMİNFO”ya verdiyi xəbərə görə, teatrın bir qrup üzvü Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən V Beynəlxalq Monodram Festivalında iştirak etmək üçün BƏƏ-də səfərdədir. Teatrın başqa bir heyəti isə İranda ənənəvi olaraq keçirilən 33-cü “Fəcr” Beynəlxalq Teatr Festivalında çıxış etmək üçün İrana səfər edəcək. Yanvar ayının 28-dən fevral ayının 2-dək kollektivin iştirak edəcəyi festivalda yaradıcı heyət görkəmli italyan aktyoru və dramaturqu Peppino De Filipponun “Don Rafael trombonçu” tamaşası ilə çıxış edəcək. Quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova olan tamaşada rolları Əməkdar artistlər Gülər Nəbiyeva, Şövqi Hüseynov, Seyidşah Məmmədov, aktyorlar İradə Rəşidova, Aydın Dəmirov, Vüsal Mehrəliyev, Eşqin Quliyev ifa edəcəklər. Qeyd edək ki, kollektiv festivalda İranın “Dramatik İncəsənət Mərkəzi”nin seçimi ilə iştirak edəcək.
URL / WWW
http://kelam.az/article/a-5681.html