Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Əhməd Davudoğlu Fransanı hədələdi
24.01.12 02:51

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu qondarma soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi səbəbi ilə Fransaya xəbərdarlıq edib. “KƏLAMİNFO”nun məlumatına görə, “France 24” kanalına müsahibə verən Davudoğlu rəftarında bir dəyişiklik olmasa Fransaya qarşı Türkiyə tərəfindən mütəmadi sanksiyaların başlayacağını deyib. “Ümidvar olmaq istəyirəm ki, biz bu sanksiyaları açıqlamağa məcbur olmarıq. Amma Türkiyənin səssiz qalacağını da fikirləşməyin. Yeni sanksiyalar olacaq və bu addımlarımız Fransa öz fikrini dəyişdirənə qədər davam edəcək”. Senatda səsverməyə çıxarılacaq qanun layihəsinin insan hüquqlarına zidd olduğunu deyən Türkiyə XİN rəhbəri fransalı senatorlara və ziyalılara səslənib: “Ortaq dəyərlərimizdən biri olan fikir azadlığını müdafiə etmək vaxtıdır!”
URL / WWW
http://kelam.az/article/a-5679.html