Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » RİTN builki fəaliyyət planını açıqlayıb
23.01.12 19:51

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) 2012-ci ildə həlli vacib məsələlərin siyahısını açıqlayıb. “KƏLAMİNFO” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu il ölkənin ilk telekommunikasiya peykinin orbitə çıxarılması, ölkə ərazisində rəqəmsal yayımın ölkənin bütün ərazisində təşkilinə nail olmaq, mərkəzləşdirilmiş avtomatik radiomonitorinq şəbəkəsinin qurulmasına başlanılması, e-imzanın tətbiqinin genişləndirilməsi, elektron hökumət infrastrukturunun qurulması və istismarı, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, yüksək texnoloji və elmtutumlu nanomaterialların, energetik texnologiyaların, nanorobotlar və bionanorobotların alınması və praktikada bilavasitə tətbiq olunması, telekommunikasiya və poçt infrastrukturunun modernləşdirilməsi kimi məsələlərin icrası nəzərdə tutulub. Eyni zamanda, ölkəmizdə keçiriləcək “Eurovision-2012” beynəlxalq əhəmiyyətli mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi üzrə zəruri tədbirlərin görülməsi cari il ərzində icrası mühüm olan tədbirlərdir.
URL / WWW
http://kelam.az/article/a-5677.html