Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanlı deputatlar Avronest PA-nın iclaslarına qatılıblar
24.01.12 02:51

Bu gündən Belçikanın Brüssel şəhərində Avronest Parlament Assambleyasının iclasları başlayır. Tədbirlərdə ölkəmizi Avronest PA-da Azərbaycan milli nümayəndə heyətinin başçısı Elxan Süleymanovun rəhbərlik etdiyi deputat qrupu təmsil edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Əli Hüseynli, deputatlar Rövşən Rzayev, Asim Mollazadə, Fuad Muradov, Rasim Musabəyov, Sevinc Hüseynova və Azər Kərimli daxildirlər. Öncə qurumun İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasətləri ilə uyğunluq komitəsinin iclası olacaq. İclasda “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri arasında ticarət razılaşması, azad ticarət zonaları və bu sahədə Aİ-nin yardımı” mövzusunda hesabat dinləniləcək. Aİ ilə tərəfdaş dövlətlərin iqtisadiyyat sahəsindəki qanunvericiliyinin uyğunlaşdırılması məsələsinə baxılacaq. Nəqliyyat və mülki aviasiya sahələrində əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq. Sonra Prosedura Qaydaları üzrə İşçi Qrupun iclasında tərəflərin müvafiq təklifləri nəzərdən keçiriləcək. Avronest PA-nın Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsində “Şərq Tərəfdaşlığı və Avropa İttifaqı ölkələrində demokratiyanın gələcəyi, həmçinin azad və müstəqil media ilə bağlı çağırışlar” mövzusu üzrə dinləmələr keçiriləcək. Komitədə Milli Məclis üzvlərindən mövzu üzrə hesabatın həmməruzəçisi Əli Hüseynli çıxış edəcək. Qurumun Enerji təhlükəsizliyi komitəsində isə Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı ölkələrində enerji təhlükəsizliyi məsələsi gündəmdə olacaq. İclasda deputatımız Rasim Musabəyov həmməruzəçi qismində hazırladığı enerjinin bərpası, səmərəliliyi və infrastrukturu barədə hesabatı təqdim edəcək. Avronest PA-nın bütün tədbirlərində deputatlarımız yaxından iştirak edəcək, müzakirəyə çıxarılmış məsələlərə münasibət bildirəcəklər. Tədbirlər yanvarın 31-də başa çatacaq.
URL / WWW
http://kelam.az/article/a-5675.html