Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycan əhalisinin 95%- i Olimpiya Oyunlarının Bakıda keçirilməsini dəstəkləyir
24.01.12 02:51

Dünyanın aparıcı araşdırma şirkətlərindən olan TNS Globalın apardığı rəy sorğusu Azərbaycan əhalisinin 95%-nin Bakı şəhərinin 2020 Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi üçün namizədliyini dəstəklədiyini aşkar edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər. 2011-ci ilin dekabrında keçirilən rəy sorğusunun nəticələrinə əsasən, ölkə əhalisinin 93%- i Olimpiya Oyunlarının Bakıda keçirilməsinin Azərbaycanda idmanın inkişafına güclü təkan verəcəyinə inanır. Sorğuda iştirak edən Bakı, Gəncə və Sumqayıt şəhər sakinlərinin 50%- i Olimpiya Oyunları Bakıda keçiriləcəyi təqdirdə oyunları seyr etmək üçün bilet alacağını, həmçinin 30% iştirakçı isə Olimpiya Oyunlarının paytaxtımızda uğurlu təşkili üçün könüllü olaraq müxtəlif işlərə dəstək olmağa hazır olduğunu bildirib. Bununla bağlı daha ətraflı məlumatı www.baku2020.com saytından almaq olar. Sorğu 26-30 dekabr 2011-ci il tarixlərində 1000 nəfər respondent arasında Bakı (50%), Gəncə (25.7%) və Sumqayıt (24.3%) şəhərlərində keçirilib. 2012-ci ilin mayında Beynəlxalq Olimpiya Komitəsinin İcra Komitəsi 2020 Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi seçiminə qatılacaq rəsmi Namizəd Şəhərlərin adlarını elan edəcək. Rəsmi Namizəd Şəhərlər siyahısına düşmək üçün Bakının rəqibləri Tokio, Madrid, İstanbul, Roma və Doha şəhərləridir. 2020 Ev Sahibi Şəhərinin yekun seçimi isə 7 sentyabr 2013-də Beynəlxalq Olimpiya Komitəsinin Buenos-Ayres şəhərində keçiriləcək 125-ci iclasında baş tutacaq.
URL / WWW
http://kelam.az/article/a-5674.html