Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Milli Məclisdə “Təhsil kreditləri haqqında” qanun layihəsinin təqdimatı olub
19.01.12 20:52

Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, iclasda komitə sədri Ziyad Səmədzadə 2011-ci il payız sessiyasının yekunu və 2012-ci il yaz sessiyasında komitənin qanunvericilik işləri planı barədə məlumat verib. Komitə sədri iclas iştirakçılarına “Təhsil kreditləri haqqında” qanun layihəsini təqdim edib. O, qeyd edib ki, qanun layihəsinin qəbulu hazırkı dövrün tələbidir. “Dünyanın əksər ölkələrində təhsil kreditlərinin verilməsi təcrübəsi mövcuddur. Azərbaycanında bu təcrübədən yararlanma zamanı yetişib”-deyə Z.Səmədzadə vurğulayıb. Komitə sədri qanun layihəsinin millət vəkilləri Vahid Əhmədov və Əli Məsimli tərəfindən hazırlanaraq parlamentə təqdim olunduğunu deyib. Qanun layihəsinin müəlliflərindən olan Ə.Məsimli “Təhsil kreditləri haqqında” qanun layihəsinin təqdimatını edib. Ə.Məsimli bildirib ki, müvafiq qurumların rəyləri qanun layihəsi təkmilləşdirilməsində nəzərə alınacaq. Millət vəkili deyib ki, qanun layihəsi hazırlanarkən inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilib. Ə.Məsimli bildirib ki, qanun layihəsində təhsil kreditlərinin verilmə qaydaları, şərtləri, müddəti və s. məsələlər yer alır. “Aparılan hesablamalar görə, təhsil kreditlərinin verilməsi üçün 15 milyon manat vəsait tələb olunur. Bu isə təhsil xərclərinin çox cüzi hissəsini təşkil edir”-deyə o əlavə edib. Sonda İqtisadi siyasət komitəsinin qanunvericilik işlər planı təsdiqlənib.
URL / WWW
http://kelam.az/article/a-5669.html