Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov Moskvaya gedib
19.01.12 20:52

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya gedib. XİN mətbuat xidmətindən “KƏLAMİNFO”ya verdiyi məlumata görə, xarici siyasət idarəsinin rəhbəri səfər çərçivəsində Rusiyanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin yanvarın 23-də Soçidə keçirəcəyi üçtərəfli görüşə hazırlıq məsələləri də müzakirə olunacaq. Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən keçirdiyi brifinqdə Azərbaycan xarici işlər nazirinin səfəri çərçivəsində iki ölkə arasında diplomatik əmlak haqqında saziş imzalanacağını bildirmişdi.
URL / WWW
http://kelam.az/article/a-5668.html