Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » 20 yanvar günü münasibətilə tədbirlər keçirilir
20.01.12 02:52

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Gənclər və İdman Nazirliyinin (GİN) Gənclərin Problemi üzrə Elmi Araşdırmalar Mərkəzi tərəfindən “20 yanvar faciəsi” mövzusunda Dəyirmi masa keçirilib. Dəyirmi masadan əvvəl 22 il bundan öncə 20 Yanvar faciəsinin bir addımlığında olan və Bakını əks etdirən “Bakı fövqəladə vəziyyət ərəfəsində” sənədli-tarixi filmi nümayiş olunub. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə çıxış edən GİN-nin Gənclərin Problemi üzrə Elmi Araşdırmalar Mərkəzinin direktoru Qələmşah Sadıqov bildirib ki, tədbirin keçirilməsində məqsəd 20 yanvar faciəsinin 22-ci ildönümünü anmaq, gənclər arasında vətənpərvərlik hissini aşılamaq və gənclərin diqqətini tariximizin qəhrəmanlıq salnaməsinə çevrilmiş bu faciəyə yönəltməkdir: “Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan 1990-cı ilin 20 yanvar gecəsində öz ölkəsi, xalqının azadlığı, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar”. Q.Sadıqov eyni zamanda ölkə üzrə 20 yanvar faciəsinin 22-ci ildönümünə həsr edilən silsilə tədbirlərin də keçirildiyini diqqətə çatdırıb. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü və digər natiqlər xatırladıblar ki, Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 1990-cı ilin 20 yanvar faciəsinin gələcək nəsillərə Azərbaycan xalqının tarixində erməni daşnakları tərəfindən başımıza gələn müsibətləri olduğu kimi çatdırılmasının daha vacib olduğunu və keçmiş sovet dövlətinin hərb maşınının həmin gün xalqımıza qarşı həyata keçirdiyi vəhşi terror aktından və bunun insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifələrdən biri olaraq qalacağından danışdılar.
URL / WWW
http://kelam.az/article/a-5667.html