Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » AŞ PA-nın qış sessiyasına qatılacaq Azərbaycan nümayəndə heyətinin tərkibi açıqlanıb
19.01.12 20:51

Yanvarın 23-dən 27-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçiriləcək. Parlamentdən “KƏLAMİNFO”ya verilən məlumata görə, sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək. Nümayəndə heyətinin tərkibinə deputatlardan Qənirə Paşayeva, Sabir Hacıyev, Rövşən Rzayev, Sevinc Fətəliyeva, Sahibə Qafarova, Rafael Hüseynov və Fazil Mustafa daxildirlər.Sessiyada İnsan Hüquqları Məsələləri üzrə Avropa Şurası Komissarının seçilməsi, Avropada demoqrafik tendensiyalar, Qadınlara qarşı zorakılıq və məişət zorakılığı əleyhinə Avropa Şurası Konvensiyasının inkişaf etdirilməsi, Avropada müsəlman qadınlar, hər kəsin mədəni həyatda iştirak hüququ, Belarusda vəziyyət, Ukraynada, Bosniya və Herseqovinada demokratik qurumların fəaliyyəti, Serbiya tərəfindən öhdəliklərin həyata keçirilməsi və digər mövzularda fikir mübadiləsi aparılacaq. İclaslarda deputatlarımız çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.
URL / WWW
http://kelam.az/article/a-5666.html